12:20 / 08-11-2024
Prezident oğlu ilə Bayraq Meydanında - Fotolar - Video
12:17 / 08-11-2024
İlham Əliyev ailə üzvləri ilə Dövlət Bayrağı Meydanında
12:15 / 08-11-2024
Prezident xanımı və oğlu ilə Zəfər parkının açılışında - Fotolar
12:14 / 08-11-2024
İkinci Şəhidlər xiyabanında Zəfər abidəsi! - Fotolar
11:01 / 08-11-2024
Prezident və ailəsi Zəfər parkının açılışında iştirak etdi
10:59 / 08-11-2024
Prezidentdən Şuşa ilə bağlı paylaşım - Video
10:58 / 08-11-2024
DİN-dən Zəfər Günü paylaşımı - Video
06:55 / 08-11-2024
General rütbəsi verilən zabit sabiq nazirin oğlu imiş
06:51 / 08-11-2024
Zelenski də təsdiqlədi: Koreya ordusu itkilər verdi
06:50 / 08-11-2024
"Qurdlar vadisi"nin aktyoru Azərbaycana köçdü
06:44 / 08-11-2024
Azərbaycanda 6 günlük bayram tətili başladı
01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
01:06 / 08-11-2024
Cəlilabadda avtomobil yeniyetməni vuraraq ÖLDÜRDÜ
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
23:08 / 07-11-2024
Bayden komandasını Trampla işləməyə çağırıb
21:18 / 07-11-2024
Prezident Zəfər Günü ilə bağlı - Paylaşım etdi
19:00 / 07-11-2024
Ramil Səfərov meyxanaçı Xəyyamı ziyarət etdi - Foto
18:51 / 07-11-2024
Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı möhtəşəm konsert proqramı təşkil olunacaq
18:49 / 07-11-2024
COP29 müddətində Bakı, Sumqayıt və Abşeronda...
18:46 / 07-11-2024
AZCON yaradıldı
18:43 / 07-11-2024
Prezident Siyavuş Kərimini təltif etdi
18:41 / 07-11-2024
Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymur
18:15 / 07-11-2024
Prezidentin Mərkəzi Parkdan maraqlı - Fotoları
18:13 / 07-11-2024
Nigar Rüfət tibb işçisi deyilmiş - Rəsmi
18:08 / 07-11-2024
Hikmət Mirzəyev general-polkovnik oldu
18:08 / 07-11-2024
İlham Əliyev onlara ali hərbi rütbələr verdi - Siyahı
18:04 / 07-11-2024
Prezidentdən Fərid Seyidovla bağlı - Sərəncam
18:03 / 07-11-2024
Onlara general-mayor rütbəsi verildi - Adlar
15:38 / 07-11-2024
“Aparıcılar polisə, prokurora tapşırıqlar verirlər”
15:37 / 07-11-2024
Şarl Mişel Azərbaycana gələcək
12:45 / 07-11-2024
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda
Rəsmi Bakıdan Ermənistan XİN-ə - Cavab
“Ermənistan XİN-in Azərbaycan tərəfini əsassız şəkildə ittiham edən 3 avqust tarixli bəyanatını qətiyyətlə rədd edirik”.
GununNebzi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in 3 avqust 2022-ci il tarixli bəyanatına dair şərhində bildirilir.
Qeyd olunur ki, Ermənistan XİN-in Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir:
“Xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı dəfələrlə tərəfimizdən bəyan edilib. Üçtərəfli bəyanatın 4-cü maddəsinə əsasən “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.
Qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğuna dair Azərbaycan tərəfində olan çoxsaylı dəlillərə əlavə olaraq, bu fakt erməni rəsmiləri tərəfindən də etiraf edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın bu il 29 iyun tarixində hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə “Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə” dair söylədikləri, habelə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 19 iyul 2022-ci il tarixli müsahibəsində “Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının bu ilin sentyabr ayında başa çatacaq” söyləməsi Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, hələ də silahlı hərbi birləşmələrini qonşu dövlətin ərazisində qeyri-qanuni saxladığını bariz şəkildə göstərir.
Vurğulayırıq ki, yaşanan son gərginliyin səbəbi, məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atmasıdır. 3 avqust tarixində Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərinin yerinə yetirməməsinin nəticəsidir.
Üçtərəfli bəyanatın 6-cı bəndinə istinad edərək, Azərbaycanı müvafiq müddəanın pozuntusunda ittiham edən Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Laçın dəhlizi üzrə yeni yolun inşası razılaşdırılmış marşrut üzrə artıq uzun aylardır ki, gedir və Ermənistan tərəfi bu yol ilə bağlı kifayət qədər məlumatlıdır.
Əgər Ermənistan tərəfi üçtərəfli bəyanatın digər müddəaları kimi bu öhdəliyin də həyata keçirilməsini müxtəlif bəhanələrlə ləngitmək məqsədini güdürsə, bu bir daha Ermənistanın qeyri-konstruktiv və üçtərəfli bəyanatların və digər razılaşmaların icrasına münasibətdə pozucu fəaliyyətinin bariz nümunəsidir.Bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli bəyanatların tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir.
Azərbaycanı “aqressiv fəaliyyətdə” ittiham edən Ermənistan XİN-ə xatırladırıq ki, hərbi birləşmələri 30 ilə yaxın qonşu dövlətin ərazilərinin işğalını həyata keçirən, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan məhz Ermənistandır. Azərbaycan isə öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir”, - deyə açıqlamada vurğulanır.
Bölməyə aid digər xəbərlər

Tarix: 4-08-2022, 10:16 Oxunub: 31
Bölməyə aid digər xəbərlər
12-08-2021, 16:51
Azərbaycan XİN Ermənistan XİN-ə cavab verdi
7-12-2021, 19:51
Rəsmi Bakıdan Ermənistan XİN-in bəyanatına - Cavab
3-08-2022, 13:09
Azərbaycan XİN-dən sərt - Bəyanat
29-05-2022, 21:34
XİN-dən Ermənistanın iddialarına - Cavab