23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Moskvada delimitasiya üzrə Komissiyanın iclası baş tutdu

Moskvada delimitasiya üzrə Komissiyanın iclası baş tutdu

Bu gün Moskva şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.

GununNebzi.az
xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

İclasdan öncə Rusiya Federasiyası Hökümətinin sədri A.Overçuk, Ş.Mustafayev və M.Qriqoryan ilə görüşüb və komissiyaların işinin davam etdirilməsini alqışlayıb.

Tərəflər təşkilati və prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.

Görüşün yaxşı təşkilinə görə Rusiya tərəfinə minnətdarlıq ifadə edilib.

Üçüncü görüşün razılaşdırımış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib.

Tarix: 30-08-2022, 18:23 Oxunub: 15


Bölməyə aid digər xəbərlər