23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ceyhun Bayramov fransalı nazirlə danışdı

Ceyhun Bayramov fransalı nazirlə danışdı

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Fransanın Avropa və xarici işlər naziri Katerin Kolonna ilə telefon danışığı olub.

GununNebzi.az
xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Nazir həmkarına Ermənistanın post-münaqişə dövründə qəbul etdiyi öhdəliklərini yerinə yetirməməsi, üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara zidd olaraq hərbi və siyasi təxribatlara əl atdığı, 12-13 sentyabr tarixlərində növbəti dəfə genişmiqyaslı hərbi təcavüz nəticəsində çox sayda hərbi qulluqçularımızın həlak olduğu diqqətə çatdırıb. Ceyhun Bayramov, eyni zamanda indiyə qədər Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı faktına diqqət çəkərək Ermənistanın təcavüz siyasətindən əl çəkməsinin vacib olduğunu bildirib.

Avropa və xarici işlər naziri Katerin Kolonna bölgədə gərginliyə görə dərin narahatlıq keçirdiklərini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin və problemlərin siyasi-diplomatik müstəvidə həll edilməsinin vacib olduğunu vurğulayıb.

Telefon danışığı zamanı, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tarix: 14-09-2022, 00:50 Oxunub: 20


Bölməyə aid digər xəbərlər