15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Ceyhun Bayramov İƏT-in Cammu və Kəşmir üzrə Təmas Qrupunun nazirlər görüşündə iştirak

Ceyhun Bayramov İƏT-in Cammu və Kəşmir üzrə Təmas Qrupunun nazirlər görüşündə iştirak

Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Təmas Qrupunun nazirlər görüşündə iştirak edib.

GununNebzi.az
xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Ceyhun Bayramov tədbirdə çıxış edərək Azərbaycanın Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini dəstəklədiyini bildirib. Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun İƏT üzvü olan dövlətlərin müvafiq İƏT qərarlarından irəli gələn öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini nəzərdən keçirmək üçün faydalı bir mexanizm olduğu diqqətə çatdırılıb. Cammu və Kəşmir ilə əlaqəli bütün məsələlərin sülh yolu ilə həllinin Cənubi Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün vacib olduğu çıxış zamanı vurğulanıb.

Tarix: 21-09-2022, 21:35 Oxunub: 31


Bölməyə aid digər xəbərlər