23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Ermənistan liderlər səviyyəsində götürdüyü öhdəlikləri yerinə yetirmir” - Ceyhun Bayramov

“Ermənistan liderlər səviyyəsində götürdüyü öhdəlikləri yerinə yetirmir” - Ceyhun Bayramov

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümon ilə görüş keçirib.

GununNebzi.az
xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Görüş zamanı Azərbaycanla Fransa arasında ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq məsələləri, Azərbaycanla Ermənistan arasında bölgədə yaranmış gərginlik və normallaşma prosesi istiqamətində zəruri addımlar müzakirə olunub.

Ceyhun Bayramov Ermənistan tərəfindən sərhədyanı bölgələrdə təxribatlar barədə ətraflı məlumat verib. Nazir Ermənistanın liderlər səviyyəsində əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirmədiyini, normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törətdiyini bildirib. C.Bayramov bölgədə sabitliyin təmin olunması, Ermənistan ilə kommunikasiyaların açılması, delimitasiya prosesi və sülh sazişinin imzalanması barədə ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Fransa tərəfi bölgədə vəziyyətin sabitləşməsinin, atəşkəsə əməl edərək, normallaşma prosesinin və danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıb. Fransa tərəfinin qeyd edilən prosesdə dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Görüş zamanı, digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix: 29-09-2022, 18:35 Oxunub: 22


Bölməyə aid digər xəbərlər