21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Fotolar

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Fotolar

Oktyabrın 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

GununNebzi.az
xəbər verir ki, “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar”ını Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar.

“Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”unu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev imzalayıblar.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandum”unu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Qırğız Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev imzalayıblar.

“Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandum"unu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Bişkek şəhərinin meri Emilbek Abdıkadırov imzalayıblar.

“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırğız Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında qarşılıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Dinara Kutmanova imzalayıblar.

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Sosial Fond arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğızıstan Sosial Fondunun sədri Bəxtiyar Əliyev imzalayıblar.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Proqramı”nı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Qırğızıstanın kənd təsərrüfatı naziri Askarbek Canibekov imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş”i Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov və Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev imzalayıblar.
Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Fotolar
Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Fotolar

Tarix: 11-10-2022, 17:59 Oxunub: 31


Bölməyə aid digər xəbərlər