23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Onlar həmin pullarla xaricdə mülklər, şirkətlər alıblar” - Yenilənib

“Onlar həmin pullarla xaricdə mülklər, şirkətlər alıblar” - Yenilənib

“Azərbaycandan qeyri-qanuni pul köçürmələrinin həcmi olduqca yüksəkdir”.

GununNebzi.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Deputat qeyd edib ki, qeyri-qanuni pul köçürmürlərinə qarşı mübarizə aparılsa da bu rəqəmlər hər il artır: “Bu sahədə daha ciddi tədbirlər görülməlidir: Azərbaycanda Maliyyə Amnistiyasının vaxtı çatıb. İnsanlar olub ki, müəyyən qeyri-qanuni yollarla vəsaitlər əldə edib. Həmin vəsaitin əksər hissəsini xaricə çıxarıblar, xarici banklara yatırıblar. Xaricdə mülklər, şirkətlər və s. əmlaklar alıblar ki, bunun da Azərbaycana heç bir xeyri yoxdur. Ona görə həmin vəsaitin Azərbaycana gətirilməsi üçün Maliyyə Amnistiyası qəbul olunmalıdır. Bu vəsaitlər tikinti və s. sektorlarda istifadə oluna bilər”.

Vahid Əhmədov əlavə edib ki, Azərbaycanda gəlir deklarasiyası da tətbiq edilməlidir: “Bu məsələ ilə bağlı qanun layihəsi var. Prezidentin Nazirlər Kabinetinə normativ sənədin hazırlanması, təsdiqlənməsi ilə bağlı göstərişi var. Lakin bu normativ sənəd işlənib hazırlanmır. Bu iki maddə öz həllini taparsa, hesab edirəm ki, xaricə külli miqdarda qeyri-qanuni vəsaitin köçürülməsinin qarşısı alına bilər”.

***

Buna cavab olaraq isə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli qeyd edib ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən sonra aparılan islahatlar nəticəsində tam sağlamlaşmaya doğru gedir: "Lakin bir çox ölkələr var ki, gəlir deklarasiyası versə də, orada korrupsiya həddi çox yüksəkdir. İqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılması daha yaxşı effekt verir. Gəlir deklarasiyası ilə bağlı maddə var və o, hazırda hazırlanma mərhələsindədir. Qanunvericilik baxımından Vahid müəllim haqlıdır, amma yenə də deyirəm ki, daha digər üsullar bu cinayətlərdə daha çox effekt verir. Maliyyə amnistiyası isə o ölkələrdə tətbiq edilir ki, orada iqtisadiyyat tam kriminallaşıb”.

(Qafqazinfo)

Tarix: 14-10-2022, 12:19 Oxunub: 145


Bölməyə aid digər xəbərlər