17:32 / 30-01-2025
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
17:25 / 30-01-2025
Azərbaycanlı iş adamı 20 milyon girov qoyub azadlığa çıxdı
17:24 / 30-01-2025
İlham Əliyev Trampa başsağlığı verdi
17:18 / 30-01-2025
Tanınmış ekspert həbs edildi
10:19 / 30-01-2025
Təlim maşını ilə qəza törətdi - Ölən var
09:31 / 30-01-2025
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşdu, 19 ölü - Video - Yenilənib
00:10 / 30-01-2025
Gürcüstanın nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı
00:06 / 30-01-2025
Salyanda bir ailənin 4 üzvü qəzada həlak oldu
21:56 / 29-01-2025
Restoran rəhbəri “TikTok”da canlı açan ofisiantı döydü - Bu cəza verildi
21:55 / 29-01-2025
Suriya Rusiyadan Əsədin ekstradisiyasını tələb edir
19:41 / 29-01-2025
Azərbaycanın Xalq artisti xəstəxanaya yerləşdirildi
19:39 / 29-01-2025
Metro rəisinin işdən çıxarılmasının SƏBƏBİ
19:32 / 29-01-2025
Sərnişin təyyarəsi Xəzər dənizi üzərində həyəcan siqnalı verdi - TƏCİLİ
19:31 / 29-01-2025
Keçmiş məmurlar indi nə edirlər? - Həbsdə, işsiz...
18:40 / 29-01-2025
Məzahir Pənahov xanımı ilə səsvermədə - Fotolar
18:38 / 29-01-2025
Tramp qərar verdi - 709 Azərbaycan vətəndaşı ölkədən çıxarılır
18:36 / 29-01-2025
Naxçıvanda qətl törədildi - Saxlanılan var
18:35 / 29-01-2025
Məhbuslara gizlicə telefon verən nəzarətçi cəzalandırıldı
16:19 / 29-01-2025
Səfirimizin Rusiya XİN-ə çağırılmasına - Rəsmi reaksiya
16:15 / 29-01-2025
“Qərara gəlin, yoxsa vəziyyət daha da pisləşəcək”“Qərara gəlin, yoxsa vəziyyət daha da pisləşəcək”
11:49 / 29-01-2025
İlham Əliyev Si Cinpini təbrik etdi
11:45 / 29-01-2025
İlham Əliyev səs verdi - Fotolar
11:42 / 29-01-2025
ABŞ-də qırıcı təyyarənin qəza anı - Video
09:28 / 29-01-2025
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşdü
08:47 / 29-01-2025
İtaliyanın Baş naziri ilə bağlı araşdırma başladılıb
07:30 / 29-01-2025
“Lukoil”in neft emalı zavoduna PUA hücumu - Video
01:21 / 29-01-2025
Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitə bilər
01:18 / 29-01-2025
Tramp ilk xarici lider kimi onu Ağ Evə dəvət etdi
23:00 / 28-01-2025
Rusiyanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı
22:59 / 28-01-2025
“Zelenski qeyri-legitimdir və sənədləri imzalaya bilməz”
19:39 / 28-01-2025
Bakıda nə qədər avtomobil var? - Fantastik rəqəm açıqlandı
Prezident və birinci xanım Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış oldular
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.
GununNebzi.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına və birinci xanıma hava limanı barədə məlumat verdi.
Bildirildi ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul edəcək.
Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.
Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur.
Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib.
Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və Eurocontrol-un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib.
Zəngilan Beynəlxalq Hava Limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib.
Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib. 230 metr dərinlikdə artezian quyusu qazılaraq su çıxarılıb.
Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzində çevriləcəyi günü yaxınlaşdırmaqdadır.
Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.
Bölməyə aid digər xəbərlər

Tarix: 19-10-2022, 19:16 Oxunub: 26
Bölməyə aid digər xəbərlər
17-10-2021, 17:20
Prezident Füzuli Hava Limanında yaradılan şəraitlə tanış oldu
25-07-2022, 11:47
Zəngilan beynəlxalq hava limanına IATA kodu təyin edilib
27-04-2021, 15:26
Prezident Zəngilanda beynəlxalq hava limanının təməlini qoydu
27-06-2022, 10:53
Prezident Laçın aeroportunda - Fotolar
6-05-2021, 17:10
“Azad edilmiş rayonlarda 3 hava limanının tikilməsi səmərəli olacaq”