15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik tələblərdən irəli gəlir”

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik tələblərdən irəli gəlir”

“Azərbaycanda “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik Konstitusiyanın və beynəlxalq çağırışların tələblərindən irəli gəlir”.

GununNebzi.az
xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə dair keçirilən dinləmələrdə çıxışı zamanı Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli bildirib.

“Azərbaycanda “Siyasi Partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunmuşdu. 1995-ci ölkədə Konstitusiya qəbul olundu. Orada da Siyasi partiyalara dair müddəalar olsa da, bu, qanunvericilikdə əks olunmamışdı. Bir sıra Avropa ölkələrində, qonşu ölkələrdə bu qanun həmin müddətdən dəyişib. Azərbaycanda da “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik Konstitusiyanın və beynəlxalq çağırışların tələblərindən irəli gəlir”, - deyə Əli Hüseynli bildirib.

O qeyd edib ki, müxtəlif ölkələrdə “Siyasi partiaylar haqqında” qanunvericilik ölkələrin siyasi sistemindən asılı olaraq dəyişir.

Əli Hüseynli vurğulayıb ki, qanun layihəsində partiyalarla bağlı təsbit olunan yeni müddəalar praqmatik prinsiplərə söykənir.

(Qafqazinfo)

Tarix: 24-10-2022, 11:12 Oxunub: 35


Bölməyə aid digər xəbərlər