15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə təxirə salındı

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə təxirə salındı

Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan ictimai dinləmə təxirə salınıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə hazırlanan "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ölkədə dövlət qeydiyyatına alınmış siyasi partiyalardan yeni təkliflər daxil olur və qanun layihəsi üzərində iş davam edir.

Həmçinin, Milli Məclisin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai rəy sorğusunun həyata keçirilməsi nəzərdə tutulur.

Bütün bunları nəzərə alaraq, Milli Məclisdə bu layihə ilə bağlı sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan ictimai dinləmə təxirə salınıb.

Tarix: 27-09-2022, 21:00 Oxunub: 33


Bölməyə aid digər xəbərlər