23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaqMilli Məclisin payız sessiyasında “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

GununNebzi.az bildirir ki, bu layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2020-ci ilin payız sessiyası üçün İş Planına daxil edilib.
İş Planı komitənin 24 sentyabrda keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, 24 sentyabrda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək. İclasın gündəliyinə 2 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyalar dövründə görülən işlər barədə hesabat.

2. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi haqqında.


Tarix: 19-09-2020, 16:00 Oxunub: 211


Bölməyə aid digər xəbərlər