23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyanın iş planı təsdiqlənib

Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyanın iş planı təsdiqlənibSentyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

GununNebzi.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Apa-ya verilən məlumata görə, komitə sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat və payız sessiyası üçün iş planının layihəsi müzakirə olunacaq.
İclasın əvvəlində deputatlar komitənin üzvü olmuş mərhum Fəttah Heydərovun xatirəsini bir dəqiqəlik sükutla anıblar. Sonra gündəlikdəki məsələlərə baxılıb. Komitə sədri bildirib ki, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitə tərəfindən 9 iclas keçirilib, 19 məsələ müzakirə olunub. Bələdiyyələrin fəaliyyətinə dair, digər məsələlərlə bağlı bir sıra qanunlara baxılıb. Bunlardan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında və Bələdiyyələrinfəaliyyətinəinzibatinəzarətihəyatakeçirən orqanın illik məruzəsi ilə bağlı məsələlər xüsusi qeyd edilib. Komitədə baxılan məsələlər parlamentin plenar iclasına tövsiyə edilib və Milli Məclis tərəfindən qəbul olunub.

Komitə sədri deyib ki, pandemiyaya baxmayaraq, deputatlar regionlarda seçicilərlə mütəmadi görüşlər keçirib, vətəndaşlara hərtərəfli diqqət və qayğı göstəriblər.

Siyavuş Novruzov diqqətə çatdırıb ki, hesabat dövründə komitəyə 700-dən artıq müraciət daxil olub. Hər bir müraciət araşdırılıb və həll edilməsiüçün aidiyyəti qurumlara göndərilib. Bildirilib ki, bir yenilik olaraq, hər bir komitə üzvünün yerlərdə gördüyü işlər barədə məlumatlar toplanıb və ümumi hesabata daxil edilib.

Sonra komitənin payız sessiyası üçün iş planı barədə məlumat verilib. Bildirilib ki, bu sessiyada Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə, Azərbaycan Respublikasının mövcud qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında, habelə Regional məsələlər komitəsi üzvlərinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrə baxılması nəzərdə tutulub.

Sonra komitə üzvləri Nizami Cəfərov, Səttar Möhbalıyev, Aqil Məmmədov, Məzahir Əfəndiyev, Kamran Bayramov, Cavid Osmanov çıxış edərək 2020-ci il yaz və növbədənkənar sessiyalar ərzində təmsil etdikləri bölgələrdə seçicilərlə keçirdikləri görüşlər, vətəndaşların qaldırdıqları məsələlər, mövcud problemlərin həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat veriblər. Millət vəkilləri ölkənin ictimai-siyasi həyatında baş verən son hadisələr, o cümlədən Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilən təxribatla bağlı öz fikirlərini açıqlayıblar.

Tədbirdə iştirak edən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Seyid Hacı Mirhəşim komitə ilə şöbə arasında qanunvericilik sahəsində əməkdaşlıq barədə fikirlərini bölüşüb.

İclasda komitənin 2020-ci il yaz və növbədənkənar sessiyalarında fəaliyyəti müsbətqiymətləndirilib, payız sessiyanın iş planı təsdiqlənib.


Tarix: 18-09-2020, 18:47 Oxunub: 186


Bölməyə aid digər xəbərlər