21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
İlham Əliyevlə Qaribaşvili “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış oldu

İlham Əliyevlə Qaribaşvili “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış oldu

Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olublar.

GununNebzi.az
xəbər verir ki, sərgidə “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı təqdim edilib.

Qeyd edək ki, sərgidə nümayiş olunan fotolar “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabından seçilərək götürülmüş artefaktlar əsasında hazırlanıb. Onların arasında Qarabağ xanlığına aid edilən bayrağın məlum olan ilk təsvirini, Qarabağ xanları sülaləsində qorunmuş Şah İsmayılın qalxanı, qədim xalçaları, Sərdar məscidinin və onun fasadının dekorasiya plitələrini, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini, XIX əsrin sonu-XX əsrin əvvəllərində Sərdar xan sarayının fasadını və daxili görünüşünü, XIX əsrə aid at yəhərini, iki tar və üç simli kamançanı əks etdirən fotolar, Mirzə Qədim İrəvaninin müəllifi olduğu Həsən Qulu xan Qacarın, Fətəli şah Qacarın portretləri xüsusi maraq doğurur.

Müəlliflər qrupunun rəhbəri, professor Eldar Nadiradze “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” adlı kitabda isə XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyaları zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ xanılığına aid olan 300-dən çox artefaktın rəsmi toplanıb. Bu artefaktlar muzeyin arxivinə təhvil verildikdən sonra müəyyən səbəblərdən heç vaxt açılmayıb və 100 ildən artıq bir dövrdə arxivdə kataloqlaşdırılmadan saxlanılıb.

Çox nadir mədəni irsimizin göstəricisi olan nəşrdə kataloqlaşdırılmış bu kolleksiya Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına, onun zəngin mədəni irsinə beynəlxalq marağın artmasına töhfə verəcək.

Qeyd edək ki, kitab Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində nəşr olunub.

Tarix: 24-10-2022, 14:25 Oxunub: 34


Bölməyə aid digər xəbərlər