23:52 / 26-12-2024
Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq
22:21 / 26-12-2024
Qəzada zərərçəkənlərə bu qədər kompensasiya veriləcək - Rəsmi
22:01 / 26-12-2024
“Təyyarə qəzasına səbəb Rusiya raketi olub” - “Euronews”
14:08 / 26-12-2024
“Qazaxıstan və Azərbaycana yardım etməyə hazırıq”
13:43 / 26-12-2024
AZAL prezidentindən dron iddiasına - Reaksiya
13:41 / 26-12-2024
“Təyyarədə texniki nasazlıq olmayıb” - AZAL prezidenti
13:37 / 26-12-2024
“Həlak olanların cənazəsi 2 gün ərzində gətiriləcək”
13:35 / 26-12-2024
“Məsələ araşdırılır, məlumat veriləcək” - AZAL-ın prezidenti
11:06 / 26-12-2024
13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
11:02 / 26-12-2024
“Göyərtədə uçuşa mane olacaq heç bir qüsur aşkar edilməyib” - “Embraer”
10:57 / 26-12-2024
Sağ qalanlardan 12 nəfər bu gün ölkəyə gətirilir
09:35 / 26-12-2024
Yeni ili qızı ilə keçirməyə gedirmiş
09:30 / 26-12-2024
“Hadisənin səbəbləri barədə indi heç nə deyə bilmərik”
09:29 / 26-12-2024
“Reanimasiyada olan üç nəfərdən başqa hamısı yaxşıdır”
00:24 / 26-12-2024
Azərbaycanda matəmdir
23:09 / 25-12-2024
19 il sonra, yenə dekabr, yenə Aktau...
23:05 / 25-12-2024
AZAL-ın təyyarəsi dronla vurulub? - Video
23:01 / 25-12-2024
Matəm günü ilə bağlı mədəni-kütləvi tədbirlər təxirə salındı
21:15 / 25-12-2024
“Ekipaj üzvlərindən ikisi həlak olub”
21:14 / 25-12-2024
Qara qutu tapıldı!
21:11 / 25-12-2024
Təyyarə qəzasında ölənlərin sayı açıqlandı
18:47 / 25-12-2024
Qəza ilə bağlı müşavirənin - Videosu
16:16 / 25-12-2024
Azərbaycanda matəm elan olundu
16:16 / 25-12-2024
Ailələrinə yardım göstəriləcək - Prezidentdən tapşırıq
13:31 / 25-12-2024
AZAL sərnişin və ekipaj üzvlərinin adlarını açıqladı - Siyahı
13:29 / 25-12-2024
Qəza ilə bağlı komissiya yaradıldı - Siyahı
13:28 / 25-12-2024
İlham Əliyev Rusiyaya səfərini yarımçıq qoyaraq geri döndü
13:01 / 25-12-2024
İlham Əliyevin tapşırığı ilə dövlət nümayəndələri Qazaxıstana yola düşdü
12:39 / 25-12-2024
Göyərtədə 67 nəfər olub - Rəsmi
12:37 / 25-12-2024
AZAL-ın sərnişin təyyarəsi qəzaya düşdü - Yenilənir - Video
10:34 / 25-12-2024
Suriyadan İrana - Xəbərdarlıq
10:33 / 25-12-2024
Cinayətkarlığı təbliğ edən şəxsdən avtomat götürüldü - Foto
Şeyx Roma Papası ilə görüşdü
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Manama şəhərində “Bəhreyn Dialoq Forumu” çərcivəsində Dünya Müsəlman Ağsaqqallar Şurası və Roma Katolik Kilsəsinin birgə görüşündə iştirak edib.
GununNebzi.az xəbər verir ki, Manamanın “Qəsr əs-Səxir Kral sarayı”nda əsas iştirakçı qismində müsəlman dünyasının təmsilçiləri - Əl-Əzhərin Şeyxi, Dünya Müsəlman Ağsaqqallar Şurasının sədri Əhməd Əl-Tayyib, Bəhreyn Krallığı Ali İslam Məsələləri Şurasının prezidenti, Kral ailəsinin üzvü Şeyx Əbdürrəhman bin Məhəmməd bin Raşid Əl Xəlifə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə daxil olmaqla, Müsəlman Ağsaqqallar Şurasının üzvləri, Vatikan tərəfindən - Roma Papası Fransisk, Baş Nazir kardinal P.Parolin, Dinlərarası dialoq üzrə Pontifik Şurasının sədri kardinal M.Ayuso, Dövlətlərlə əlaqələr katibi (Xarici işlər naziri) P. Qallaher, digər rəsmi şəxslər və nüfuzlu din, ictimaiyyət xadimləri iştirak ediblər.
Roma Papası Fransisk tədbirdə iştirak edən din xadimlərini salamlayaraq, din adından çıxış edən radikal qruplaşmaların və onların fəaliyyəti nəticəsində yaranmış münaqişələrin qarşısının alınması üçün səy göstərən tanınmış müsəlman və xristian xadimlərinin birgə görüşünü yüksək qiymətləndirib. O, qeyd edib ki, Müsəlman Ağsaqqallar Şurasında təmsil olunan dünyanın nüfuzlu müsəlman dini liderləri dindən sui-istifadə hallarının aradan qaldırılmasında dünyada ədalət, tolerantlıq, hörmət və mötədillik dəyərlərinin, dayanıqlı sülh mədəniyyətinin yayılmasında mühüm rol oynayırlar.
Papa Fransisk, öz məruzəsində dinlərarası dialoq müstəvisində keçmişdəki mübahisələri və qarşıdurmaları unutmağa və səmimi şəkildə qarşılıqlı anlaşmaya nail olmağa və bəşəriyyətin xeyrinə olacaq sülhü, azadlığı, sosial ədaləti və mənəvi dəyərləri qorumağa və təşviq etməyə çağırıb. O deyib ki, getdikcə parçalanan, qloballaşma pərdəsi altında narahatlıq və qorxu hissləri yaşayan dünyada böyük dini ənənələr bəşəriyyətin fiziki və mənəvi sağlamlığı üçün onun ruhunu birləşdirən qəlb olmalıdır.
Toplantıda çıxış edən Müsəlman Ağsaqqallar Şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə Şuranın rəhbərinə dəvətə görə minnətdarlığını bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Bəhreyn forumu çərçivəsində çıxışında müsəlman birliyinə toxunan Şeyxülislam deyib: "Biz hamımız şahidik ki, 2019-cu ildə Abu-Dabidə Əl-Əzhərin Şeyxi Əhməd əl-Tayyib həzrətləri və Papa Fransisk həzrətləri tərəfindən imzalanmış “İnsan Qardaşlığı” sənədi dünyada sülhə, təkcə müsəlmanlar və xristianlar arasında deyil, həm də bütün dinlərdən olan xalqların qarşılıqlı hörmət içində dinc yanaşı yaşaması ideyasına və insan qardaşlığına böyük töhfədir".
Bölməyə aid digər xəbərlər

Tarix: 6-11-2022, 17:59 Oxunub: 33
Bölməyə aid digər xəbərlər
13-01-2022, 19:05
Şeyx Vatikanda Roma Papası ilə görüşdü - Foto
11-05-2021, 16:18
Məşvərət Şurası yaradıldı, sədr Şeyx seçildi
23-08-2021, 11:45
Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
8-02-2021, 16:24
Roma Papası Qarabağdan danışdı
13-10-2021, 13:00
Şeyx Rusiya və Ermənistanın dini liderləri ilə görüşdü