23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Baş Nazir bağlanmış banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərdi

Baş Nazir bağlanmış banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərdiƏmanətlərin Sığortalanması Fondunun “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilib və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərara alınıb.

GununNebzi.az xəbərinə görə, Nazirlər Kabinetindən verilən məlumatda belə deyilir.

Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır.


Tarix: 11-07-2020, 19:39 Oxunub: 96


Bölməyə aid digər xəbərlər