11:51 / 07-01-2025
41 yaşlı kişi doğranaraq kanala atıldı - Polis arvadını saxladı-Yenilənib
11:49 / 07-01-2025
Onlara yeni vəzifə verildi
11:46 / 07-01-2025
Haker hücumları ilə bağlı əhaliyə müraciət
07:25 / 07-01-2025
AZAL-a məxsus təyyarənin “qara qutu”larının deşifrəsi tamamlandı
07:23 / 07-01-2025
Lukaşenko Zelenskidən üzr istəyib?
07:21 / 07-01-2025
“Bayden işimi çətinləşdirir” - Tramp
23:58 / 06-01-2025
“Risk görsək, addımlar atacağıq” - Ərdoğan
23:55 / 06-01-2025
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
23:52 / 06-01-2025
Kiyevdən Qərbə xəbərdarlıq
20:39 / 06-01-2025
Rafiq Əliyevin qaynı oğlu Rusiyada qətlə yetirilib
20:38 / 06-01-2025
Lamiyənin evləndiyi əcnəbi o imiş... - Fotolar
19:51 / 06-01-2025
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
19:47 / 06-01-2025
Prezidentlə bugünkü görüşün - Videosu
19:45 / 06-01-2025
Pul qazanmaq istəyərkən 1 milyon itirən şəxs eks-məmurun oğlu imiş
19:40 / 06-01-2025
Daha bir jurnalistə vəzifə verildi
19:32 / 06-01-2025
YAP bələdiyyə seçkilərində ödənişsiz təşviqatdan imtina etdi
19:32 / 06-01-2025
Naxçıvan polisinə yeni avtomobillər verildi - Foto
19:29 / 06-01-2025
Seçkidə 16 mindən çox namizəd mübarizə aparacaq - Yenilənib
19:28 / 06-01-2025
Rəsmi Bakıdan Makronun iddialarına - Cavab
19:21 / 06-01-2025
“Araşdırılmanın tezliklə başa çatdırılacağına ümid edirəm”
19:20 / 06-01-2025
“Ukrayna ordusunun Kurska irəliləmək cəhdinin qarşısı alınıb” - Rusiya MN
15:57 / 06-01-2025
Laçındakı mövqelərimiz yenidən atəşə tutuldu
15:23 / 06-01-2025
Naxçıvan Təhsil Nazirliyində - Yeni təyinat
15:09 / 06-01-2025
Prezident “qara qutu”ların niyə Braziliyaya göndərildiyini açıqladı
15:05 / 06-01-2025
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı - Açıqlama
15:01 / 06-01-2025
“Çox güman, pilotlar bilirdilər ki, sağ çıxa bilməyəcəklər”
15:00 / 06-01-2025
“Bu günə qədər hələ də açıq olmayan bütün məsələlər üzə çıxacaq”
14:57 / 06-01-2025
Mövqelərimiz atəşə tutuldu
14:56 / 06-01-2025
“Qəzadan 10 gün əvvəl oxşar hadisə baş vermişdi”
14:53 / 06-01-2025
Sürücü ilə sərnişin arasında insident - İşdən çıxarıldı - Video
11:29 / 06-01-2025
Prezident həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşdü
11:02 / 06-01-2025
“Tramp təyyarə ilə gələn ilk lider ola bilər”
Əlaqələndirmə Qərargahı əhalinin azad edilmiş ərazilərə qayıdışını müzakirə etdi - Fotolar
Noyabrın 22-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın ikiillik fəaliyyətinin yekunlarına həsr olunan iclas keçirilib.
GununNebzi.az xəbər verir ki, iclasın gündəliyinə Qərargahın ötən ikiillik fəaliyyətinin qiymətləndirilməsi və qarşıda duran yeni vəzifələr, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın icrası ilə bağlı məsələlər, habelə əhalinin Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərə tezliklə qayıdışı ilə bağlı dövlətimizin başçısının tapşırıqlarının icrasına dair son vəziyyət və digər məsələlər daxil edilib.
İclası giriş sözü ilə açan Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı, o cümlədən Laçın və Şuşa şəhərlərindəki son çıxışlarından irəli gələn tapşırıqlara toxunub. Qərargahın ötən ikiillik fəaliyyətinin nəticələrindən irəli gələrək, keyfiyyət, səmərəlilik, operativlik və dayanıqlılıq prinsiplərinin daim rəhbər tutulmasının, qurumlararası əlaqələndirmə və əməkdaşlığın daha da gücləndirilməsinin, hər bir layihə ilə bağlı hərtərəfli planlaşdırma, proqnozlaşdırma və risklərin qiymətləndirilməsi işinin aparılmasının, habelə görülən işlərlə bağlı səmərəli nəzarət və monitorinq mexanizmlərinin əhəmiyyəti vurğulanıb.
Qərargahın rəhbəri ekosidə, urbisidə və etnosidə məruz qalmış ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə öz daxili imkanları ilə post-konflikt quruculuğunun dünya üçün nümunə olan uğurlu bir modelini ortaya qoyduğunu qeyd edib.
Sonra iclasda Əlaqələndirmə Qərargahının gündəliyində dayanan cari məsələlərlə bağlı məruzələr dinlənilib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıda duran vəzifələr, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq Laçın şəhərinə, Zabux və Sus kəndlərinə əhalinin 2023-cü il ərzində qayıdışı istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq Laçın ərazisinə dərhal bir neçə işçi qrupu ezam edilib və ərazidə minadan təmizləmə, inventarlaşdırma, ilkin qiymətləndirmə və layihələndirmə işlərinin ardınca genişmiqyaslı yenidənqurma və bərpa işləri artıq başlanılıb.
Həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası, ərazidə dayanıqlı enerji sisteminin qurulması, enerji və istilik təminatı məsələləri barədə məruzələr təqdim edilib.
İclasın gündəliyinə uyğun olaraq, ərazilərdəki şəhərsalma məsələləri və planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı işlərin cari vəziyyəti müzakirə edilib, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri müvafiq ərazilərdə həyata keçirilən layihələrin icrasının gedişatı barədə məlumat veriblər.
Sonda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.
Bölməyə aid digər xəbərlər

Tarix: 22-11-2022, 18:45 Oxunub: 14
Bölməyə aid digər xəbərlər
5-02-2021, 22:56
İşğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı müzakirə edildi
16-04-2022, 17:47
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirildi - Fotolar
26-07-2022, 20:19
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirildi - Fotolar
3-03-2021, 19:26
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirildi
16-09-2021, 20:53
Samir Nuriyev iclas keçirdi - FOTO