23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qarabağ iqtisadi rayonunun adının bu şəkildə istifadə olunması yolverilməzdir

Qarabağ iqtisadi rayonunun adının bu şəkildə istifadə olunması yolverilməzdir

“Bildiririk ki, Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir”.

GununNebzi.az
xəbər verir ki Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.


“Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə bir daha çatdırırıq ki, müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə edilməsi zəruridir.

27.11.2022-ci il tarixində Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR”, - açıqlamada vurğulanıb.

Tarix: 27-11-2022, 23:02 Oxunub: 32


Bölməyə aid digər xəbərlər