23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ceyhun Bayramov Zərif və Kuleba ilə telefonda danışdı

Ceyhun Bayramov Zərif və Kuleba ilə telefonda danışdıİyulun 17-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı olub.

GununNebzi.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Telefon danışığı zamanı nazir Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edərək, ona fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Nazirlər möhkəm tarix və mədəni köklər üzərində qurulan ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayaraq, həmkarına Ermənistan silahlı qüvvələrinin sərhəd bölgəsinin Tovuz rayonu istiqamətində hərbi təxribatı və hazırkı gərgin vəziyyət barədə məlumat verib. Yalnız işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarılmasının və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifaha gətirə biləcəyi vurğulanıb. Bu xüsusda, nazir Ceyhun Bayramov İranın Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirilməsi ilə bağlı mövqeyinə görə təşəkkürünü ifadə edib.

İranlı nazir Məhəmməd Cavad Zərif münaqişənin həlli ilə bağlı irəliləyişin əldə edilməsi üçün yardımçı olmağa ölkəsinin hər zaman hazır olduğunu qeyd edib.


Bundan başqa Xarici İşlər naziri Ceyhun Bayramovun Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba ilə telefon danışığı baş tutub.

Ukrayna Xarici işlər naziri Dmitro Kuleba Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Ceyhun Bayramov səmimi təbrikinə görə həmkarına təşəkkür edib.

Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin hazırki səviyyəsindən məmnunluq ifadə edib və münasibətlərin bundan sonra da inkişafı etdiriləcəyini əminliklə vurğulayıblar.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Ukrayna XİN-i tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, BMT-nin müvafiq qətnamələrinə istinad edən bəyanata görə həmkarına təşəkkürünü bildirib.

Nazir Dmitro Kuleba Ukraynanın bu məsələdə mövqeyinin dəyişilməz olduğunu bir daha ifadə edib.


Tarix: 17-07-2020, 19:20 Oxunub: 216


Bölməyə aid digər xəbərlər