23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“İran hökuməti məişət donu geyindirir, bu, terror aktıdır”

“İran hökuməti məişət donu geyindirir, bu, terror aktıdır”

“Ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə hücum və bir nəfərin qətlə yetirilməsi heç bir çərçivəyə sığmır və beynəlxalq hüquqlara, konvensiyalara ziddir”.

GununNebzi.az
Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov komitənin yanvarın 27-də keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, bu hadisə terror hadisəsi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, İran hökuməti Azərbaycan səfirliyinə hücuma məişət donu geyindirməyə çalışsa da, baş verən hadisə hər şeyi ortaya qoyur.

Ziyafət Əsgərov təəssüflə qeyd edib ki, baş verən hadisə yaxın qonşumuz İranın iç üzünü bir daha ortaya qoyur və “qardaş” ölkə olduqlarını təsdiqləyir.

Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb.

Tarix: 27-01-2023, 12:38 Oxunub: 19


Bölməyə aid digər xəbərlər