Minlərlə insan bu körpəni övladlığa götürmək istəyir

Minlərlə insan bu körpəni övladlığa götürmək istəyir

Xəbər verdiyimiz kimi, Suriyanın Hələb şəhərində dağıntılar altında qalan qadın körpə dünyaya gətirib. Körpə xilas edilsə də, ana və ailənin digər üzvləri dünyasını dəyişib.

GununNebzi.az
xarici mediaya istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən qızcığazın vəziyyəti hazırda yaxşıdır.

Sosial şəbəkələrdə çox sayda insan Aya (Möcüzə) adı verilən körpəni övladlığa götürmək istədiyini bildirib. Bununla yanaşı, Ayanın müalicə aldığı xəstəxananın direktoru Attiah Khalidin sözlərinə görə, dünyanın dörd bir yanından körpənin övladlığa götürülməsi ilə bağlı minlərlə müraciət alıb.

A.Khalidin sözlərinə görə, Ayadan 4 ay böyük olan körpəsi var və ona da öz övladı kimi qulluq edir və süd verir: “Hazırda onu kiminsə övladlığa götürməsinə icazə verməyəcəyəm. Körpənin uzaq qohumları ölkəyə geri dönənə qədər öz övladım kimi baxacam”.

(Qafqazinfo)

Tarix: 10-02-2023, 12:20 Oxunub: 7


Bölməyə aid digər xəbərlər