21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Deputat: Erməni icmasının nümayəndələrinin Bakıya dəvət edilməsi humanizm dəyərlərindən xəbər verir

Deputat: Erməni icmasının nümayəndələrinin Bakıya dəvət edilməsi humanizm dəyərlərindən xəbər verir

Azərbaycan Respublikasının Prezident Administrasiyası tərəfindən Qarabağdakı erməni icmasının nümayəndələrinin ikinci görüş üçün Bakıya dəvət edilməsi bir daha dövlətimizin humanizm dəyərlərindən xəbər verir”.

Bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə reinteqrasiyaya dair təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün bu görüşlər olduqca vacibdir: “Lakin Azərbaycanla Qarabağdakı erməni əsilli vətəndaşların birbaşa görüşünə maneə olmağa cəhd edənlər də az olmayıb. Azərbaycan daim erməni əsilli vətəndaşların cəmiyyətə reintegrasiyasında maraqlı olub. Bu gün Qarabağ erməniləri və azərbaycanlıları arasında münasibətlər prinsipcə yaxşılaşa bilər. Əlbəttə, bu, çox çətin məsələdir, amma mümkündür. Bunu həm dünya tarixi, həm də öz tariximiz sübut edib. Tarixən bir-birinə düşmən olan xalqlar bu gün isti münasibətlərə malik olmasa da, dövlətləri tərəfindən tənzimlənən qonşuluq münasibətlərinə malikdirlər. Təəssüf ki, Qarabağdakı erməni icması da müəyyən təsirlər altındadır. Ruben Vardanyan və müxtəlif qüvvələr onlara mənfi təsir edir. Vardanyanın “işdən azad olunması” da müəyyən mənada münasibətlərin yaxşılaşacağından xəbər verir”.

Müşfiq Cəfərov qeyd edib ki, hazırda Qarabağdakı bu vəziyyətdən istifadə edən bəzi dövlətlər var və onlar Azərbaycanın və erməni icmasının birbaşa dialoqundan narahatdır: “Ümumiyyətlə, orada yaşayan sakinlərdən xüsusi məqsədlər üçün istifadə olunur. Bu xalqların qarşılıqlı qədim dostluq, hətta qohumluq ənənələri belə var idi. Hər iki xalq bir-birinin mədəniyyətinə, ənənəsinə yaxşı bələddir. Müxtəlif dini inanclara məxsus olsalar belə dinc, sivil şəkildə yaşamalarına heç bir maneə yox idi. Həmin dövrdəki terrorçu Ermənistan rəhbərləri bütün əlaqələri məhv etsə də, yenə də bu iki xalq bir-birinə yaxşı tanışdır. O səbəbdən icmanın da Azərbaycanla münasibətlərə təsirsiz qərar verməsi mümkün olsa, biz addım-addım regionun bəlası olan bu münaqişəyə son qoyub, münasibətləri sağlamlaşdıra bilərik”.

(APA)

Tarix: 13-03-2023, 23:40 Oxunub: 12


Bölməyə aid digər xəbərlər