01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
Rəsmi Bakıdan Ermənistana - Cavab
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 aprel 2023-cü il tarixində müsahibəsinə istinadən Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə təhrif dolu bəyanatını qətiyyətlə rədd edirik”.
GununNebzi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in Azərbaycan əleyhinə 19 aprel tarixli bəyanatına dair şərhində qeyd olunub.
Bildirilir ki, 30 ilə yaxın işğal dövründə 9 şəhər və yüzlərlə kəndi talan edən, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, onları öz evlərinə qayıtmaq hüququndan məhrum edən, Azərbaycan torpaqlarının işğalına son qoyulması barədə beynəlxalq təşkilatların və tərəfdaşların çağırışlarına məhəl qoymayan Ermənistanın özünü sülhpərvər tərəf kimi göstərməsi və Azərbaycanı etnik təmizləmədə ittiham etməsi riyakarlıq və saxtakarlıq nümunəsidir:
“Beynəlxalq öhdəliklərə və hətta Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, sonuncu dəfə Avropa ağırılıqqaldırma çempionatında Azərbaycan bayrağının yandırılmasından da göründüyü kimi, Azərbaycana qarşı nifrət zəminində irqi ədavətin təşviq edilməsini davam etdirən, nifrət zəminində hərəkət edən şəxslərin və etnik-milliyyətçi qrupların fəaliyyətini alqışlayan və belə hərəkətlərə görə cəza verməyən, Azərbaycan əsirlərinə qarşı vəhşiliklər törədən, kütləvi qırğınlar törədən Ermənistanın Azərbaycanın nifrət zəminində hərəkətlər etdiyi iddiasının heç bir əsası yoxdur.
Azərbaycan tərəfi Azərbaycan ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesində qərarlıdır. Ermənistan tərəfi bu prosesə müdaxilədən əl çəkməlidir. Azərbaycan ərazisində, Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən hər bir şəxsin hüquq və azadlıqlarının təmin olunmasına zəmanət verilir.
Cənab Prezident tərəfindən qeyd edildiyi kimi, ərazilərinin 30 il ərzində işğal altında saxlanmasına baxmayaraq, məhz Azərbaycan tərəfi Ermənistanla ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh müqaviləsinin imzalanması üzrə təklifin təşəbbüskarı olub. Bunun əksinə, Ermənistan tərəfi nəinki danışıqlar prosesinə müxtəlif bəhanələrlə mane olur, sülh müqaviləsinin mətninə beynəlxalq hüquq prinsipləri ilə birbaşa ziddiyyət təşkil edən məsələləri daxil etməyə cəhd edir, bununla da prosesi uzadır. Ermənistanın sülh müqaviləsi üzrə Azərbaycanın təkliflərinə son 43 gün ərzində heç bir şərh verməməsi də, bu ölkənin nəticə yönümlü danışlıqlarda maraqlı olmamasının nümunəsidir.
Əlverişsiz hava şəraitində Ermənistan ərazisinə keçən və əsir götürülmüş, beynəlxalq humanitar hüquq prinsiplərinə zidd olaraq qeyri-insani zorakılığa məruz qalmış Azərbaycan hərbçilərinin heç bir hüquqi əsas olmadan, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən insan öldürülməsində ittiham olunması hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistan XİN-nə məlum olmalıdır ki, cinayətin törədilməsində təqsirləndirilən hər hansı bir şəxsin təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin əsaslı və qanuni qüvvəyə minmiş hökmü yoxdursa həmin şəxs təqsirsiz sayılır. Görünür ki, hüququn aliliyindən bəhs edən Ermənistan tərəfinin hüququn elementar prinsiplərindən belə xəbəri yoxdur. Bununla yanaşı, Ermənistanın sözügedən addımı göstərir ki, 30 illik işğala son qoyulandan sonra, Azərbaycan sərhədini azaraq keçən erməni hərbçilərinin dərhal Azərbaycan tərəfindən geri qaytarılması kimi etimad quruculuğu tədbirinə qarşılıq vermək niyyəti yoxdur və bu hərəkət qətiyyətlə pislənməlidir.
Hər hansı bir sülhpərvər mesaj kimi təqdim olunan çağırışlar heç bir əməli addımlarla müşayiət olunmursa, əksinə Ermənistan tərəfindən bu kimi saxta mesajlar səslənərkən eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialara yer verilirsə, 10000 civarında silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edirsə, Azərbaycanın işğal altında olan 8 kəndini azad etmirsə, Azərbaycan ərazilərində hərbi və siyasi təxribatlarını davam etdirirsə, Ermənistan bu kimi çağırışlarının heç bir əsası yoxdur.
Azərbaycan tərəfi ilk təşəbbüsü irəli sürən tərəf kimi, ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında Ermənistanla sülh sazişini imzalamağa hazırdır. Bunun üçün, Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və birmənalı olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməlidir”.
Bölməyə aid digər xəbərlər

Tarix: 19-04-2023, 22:52 Oxunub: 22
Bölməyə aid digər xəbərlər
7-12-2021, 19:51
Rəsmi Bakıdan Ermənistan XİN-in bəyanatına - Cavab
20-03-2023, 19:29
Azərbaycan XİN-dən Mirzoyana - Cavab
23-03-2023, 17:53
Rəsmi Bakıdan Paşinyana cavab
24-03-2023, 12:14
“Ermənistan adətən təxribatlardan əvvəl dezinformasiya yayır”