15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Azərbaycanlılar Türkiyədə kimi Prezident görür?

Azərbaycanlılar Türkiyədə kimi Prezident görür?

Sosial Tədqiqatlar Mərkəzi (STM) ölkəmizdə Türkiyənin seçki ilə bağlı siyasi gündəminə olan marağı öyrənmək məqsədilə sorğu keçirib.

GununNebzi.az-
ın məlumatına görə, bu barədə Mərkəzin İdarə Heyətinin sədri Zahid Oruc məlumat verib.

Z.Oruc qeyd edib ki, sorğular 14 iqtisadi rayondan 13-ü üzrə (Şərqi Zəngəzur istisna olmaqla), 10-u respublika tabeli şəhər, 54-ü inzibati rayon olmaqla ümumilikdə 64 rayon və şəhərdə keçirilib.

Sədr bildirib ki, sorğuda 18 yaşdan yuxarı 1070 respondent iştirak edib: “Ümumi nəticələrə əsasən, respondentlərin 83.8%-nin Türkiyənin seçkilərlə bağlı siyasi gündəmini izlədiyi məlum olub. Onların 31.0%-i seçkilərlə bağlı gündəmi tez-tez izlədiyini, 52.8%-i bəzən izlədiyini bildirib. Respondentlərin 16.1%-i heç izləmədiyini qeyd edib”.

Z.Oruc əlavə edib ki, respondentlərin mütləq əksəriyyəti, yəni 90.4%-i keçiriləcək seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyib:

“Onların 5.1%-i Kamal Kılıçdaroğlunu, 0.8%-i Muhərrəm İncəni, 0.1%-i Sinan Oğanı qalib görmək istədiyini bildirib. İştirakçıların 3.5%-i hansı namizədi dəstəkləməsi ilə bağlı rəyini bölüşməyib”.

“Sorğu iştirakçılarının namizədlərə olan dəstəyi ilə yanaşı, hansı namizədin qalib gələcəyi ilə bağlı ehtimalları öyrənilib. Respondentlərin 87.8%-i 14 mayda keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyini düşünür. Cəmi 6.3% Kamal Kılıçdaroğlunun qalib gələcəyi ehtimalını bölüşərkən, Muhərrəm İncə və Sinan Oğan cavabını qeyd edənlər 0.8% və 0.3% təşkil edib”, - deyə sədr vurğulayıb.

Tarix: 27-04-2023, 12:04 Oxunub: 11


Bölməyə aid digər xəbərlər