23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Tarixdə ilk dəfə hicablı müsəlman xanım Serbiya parlamentinə üzv seçildi…

Tarixdə ilk dəfə hicablı müsəlman xanım  Serbiya parlamentinə üzv seçildi…"Bu ölkə 2 əsrdən çox türk Osmanlı dövlətinin himayəsində dinc və firavan yaşayıb…"
Misala Pramenkoviç tarixə Serbiya parlamentinin hicab taxan ilk üzvü kimi daxil olub.
Müsəlman bir qadın, Ədalət və Barış Partiyasının siyahısında üçüncü yerdə parlamentə üzv seçilib.
Patiyaya Serbiyanın keçmiş müftisi Muamer Zukorliç rəhbərlik edir. Misala Pramenkoviç, Qazi İsabəy Mədrəsəsində İslam fənləri tədris edir.
"Deputatlarımızın əvvəlki mandatda başlatdıqlarını davam etdirəcəyik. Ancaq əsasən qadın və uşaqların hüquqları, ailə statusu və ailə dəyərlərini müdafiə edəcəyəm" -deyə hicablı deputat hədəfləri haqqında danışıb.
Siyasətə daxil olmağın müsəlman qadınlara qarşı qərəzli münasibətlə mübarizə aparmaq üçün bir şans olduğunu hesab edən Pramenkoviç deyir:
"Çox vaxt İslamla bağlı xurafat və yanlış stereotiplər cəhalətdən qaynaqlanır..."
P.S. Serbiya 2 əsrdən çox türk Osmanlı dövlətinin himayəsində dinc və firavan yaşayıb…


Tarix: 7-08-2020, 09:00 Oxunub: 99


Bölməyə aid digər xəbərlər