Deputat nazirə tanışının dosyesini təklif etdi

Deputat nazirə tanışının dosyesini təklif etdi

“Camaat öyrənib bizdə hər şeyi əvvəldən bilmək istəyir. Soruşurlar ki, qanun qəbul olunduqdan sonra taksi qiymətləri nə qədər qalxacaq?”

GununNebzi.az
xəbər verir ki, bu fikirləri deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komissiyasının iclasında bildirib.

O, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyeva üz tutaraq tanışının nəqliyyat sahəsi ilə bağlı xidmələrini təklif edib: “Bir tanışım var Quliyev Etibar - soyadlarımız eyni olsa da, qohumum deyil. Etibar əvvəl Bakı nəqliyyat idarəsində 30 il müdir işləyib. Cənab nazir, onun dosyesini sizə təqdim etmək üçün gətirmişəm. Düşünürəm, bu şəxsin yeniliklərlə bağlı maraqlı təklifləri ola bilər”.


(Qafqazinfo)

Tarix: 12-06-2023, 15:00 Oxunub: 8


Bölməyə aid digər xəbərlər