23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ayxan Hacızadədən Fransa XİN rəhbərinə cavab

Ayxan Hacızadədən Fransa XİN rəhbərinə cavab

“Bu, tərəfsizliyə dair iddia ilə aşkar ziddiyyət təşkil edir”.

GununNebzi.az
xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında qeyd edib.

O, Fransa xarici işlər naziri Katrin Kollonanın bəyanatına münasibət bildirib.

“Görünür, Fransanın xarici işlər nazirinin “blokada” ilə bağlı bəyanatında Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətdə sərbəst gediş-gəlişinə məqsədyönlü şəkildə göz yumulur. Bu, tərəfsizliyə dair iddia ilə aşkar ziddiyyət təşkil edir", - deyə Ayxan Hacızadə vurğulayıb.
Qeyd edək ki, Katrin Kolonan Azərbaycanın Qarabağ regionundakı ermənilərin hər iki istiqamətdə sərbəst hərəkətinə məqsədyönlü şəkildə göz yumduğunu qeyd edib.

Tarix: 14-06-2023, 18:49 Oxunub: 16


Bölməyə aid digər xəbərlər
15-05-2023, 23:46 XİN-dən Aİ səfirinə cavab