23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Prezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı FƏRMAN

Prezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı FƏRMAN“Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Prezidentin 2012-ci il 24 aprel tarixli 613 nömrəli fərmanında dəyişiklik edilib.

GununNebzi.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq imzalayıb.

Həmin fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” yeni redaksiyada təsdiqlənib.

Həmçinin, “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik təsdiq olunub.

Nazirlər Kabinetinə tapşırılıb ki, “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 10.40.37-ci bəndinə uyğun olaraq, təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması qaydasını Prezidentlə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin.

Həmçinin, həmin qaydaların 14.4-cü bəndinə uyğun olaraq, aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiqləməlidir.

Nazirlər Kabineti Qaydaların 17.5-1-ci bəndinə uyğun olaraq, aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi qaydasını Prezidentlə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir.

Həmin Qaydaların 3.12.22-1-ci yarımbəndinə uyğun olaraq, mülki aviasiya sahəsində yüklərin və poçt göndərişlərinin aviasiya təhlükəsizliyini təmin etmək məqsədilə qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.

Həmin Qaydaların 7.1-3-cü bəndinə uyğun olaraq, hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmin edilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti həmin Qaydaların 10.40.2-ci yarımbəndinə uyğun olaraq, mülki hava gəmiləri ilə daşınan yük və poçt göndərişlərinin təhlükəsizliyinin təmin edilməsi qaydasını üç ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir.

Bundan başqa fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə isə aşağıdakılar tapşırılıb ki, “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 10.30.2-1-ci yarımbəndinə uyğun olaraq, sərnişinlərdən hava gəmisində daşınması qadağan edilmiş maddə və (və ya) predmetlərin götürülməsi, saxlanılması, geri qaytarılması və məhv edilməsi qaydasını təsdiqləməlidir.

Nazirliyə tapşırılıb ki, həmin Qaydaların 14-6.5.2-ci yarımbəndinə uyğun olaraq, mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması metodikasını təsdiq etsin.

Bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək üçün zəruri tədbirlər görməlidir.


Tarix: 17-08-2020, 18:30 Oxunub: 115


Bölməyə aid digər xəbərlər