23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Hikmət Hacıyev və Armen Qriqoryan Brüsseldə görüşəcəklər

Hikmət Hacıyev və Armen Qriqoryan Brüsseldə görüşəcəklər

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Belçikanın paytaxtı Brüsselə işgüzar səfər edəcək.

GununNebzi.az
xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası açıqlama yayıb.

Qeyd olunub ki, Qriqoryan sentyabrın 26-da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Fransa prezidenti Emmanuel Makronun müşavirləri, Almaniya kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə görüşəcək.

Tərəflər Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan görüşünü hazırlamaq üçün bir araya gələcək.

Rəsmi Bakı bu barədə hələlik açıqlama verməyib.

Tarix: 24-09-2023, 20:44 Oxunub: 13


Bölməyə aid digər xəbərlər
7-04-2023, 11:25 Armen Qriqoryan İrana gedir