23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
Nəcməddin Sadıkova hər sifarişdən nə qədər pul çatıb?
Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırması davam edir.
GununNebzi.az“Qafqazinfo”ya istinadən məlumatına görə, iş üzrə ittiham olunanlardan biri də nazirliyin Mənzil-İstismar İdarəsinin rəisi polkovnik Fikrət Mirzəyevdir.
Polkovnik Mirəzəyev bir qrup şəxslə əlbir olaraq ümumilikdə mənimsəmədə ittiham olunur.
F.Mirzəyev mənimsənilən 3 milyon 380 min manatın yalnız 111 min manatının ona aid olduğunu iddia edib.
Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və Əsaslı təmir bölməsinin rəisi Rəhim Laçınov şahid qismində ifadə verib.
General deyib ki, təqsirləndirilən şəxslə istintaq dövründə üzləşmə keçirilib. Həmin vaxt Mirzəyev şirkətlərin nağd şəkildə qaytardığı 369 min manatı ona verdiyini bildirib:
“Fikrət Mirzəyev mənim tabeliyimdə olmayıb. Maliyyə Nazirliyi Mənzil-İstismar Sahəsi üçün vəsaiti Müdafiə Nazirliyinin Maliyyə İdarəsinə köçürmürdü. Həmin idarə belə desək ayrıca hərbi-hissə idi. Ona görə də birbaşa sifarişlər edə bilirdilər. Mənə 369 min manat pul verilməyib”.
Fikrət Mirzəyev generalın ifadəsinə düzəliş edərək qeyd edib ki, 2019-cu ilə kimi işlədiyi idarəyə vəsaiti Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsi köçürüb, ondan sonra Maliyyə Nazirliyinə həvalə edilib:
“İstintaq dövründə verdiyim ifadəyə gəldikdə isə əvvəlki mövqeyimdəyəm. Nizami Məmmədovun sözündən elə çıxır ki, mən onun əleyhinə ifadə vermişəm. Biz kişi şalvarı geyinirik, kiməsə böhtan atmaq yaraşmaz”.
Məhkəmə tərkibinə daxil olan hakimlərdən biri şahidə büdcədən ayrılan pulların gələcək taleyi ilə bağlı sual verib:
“Bəs bu ayrılan pulların necə xərcləndiyinə, yeyilib-yeyilmədiyinə kim nəzarət edirdi?”
Nizami Məmmədov cavabında “biz smetaya uyğun pul köçürürdük. Sonradan həmin pullar hara xərclənirdi, düz istifadə olunurdu ya yox onu bilmirəm. Bu işlərə nəzarət edən ayrıca idarə var idi”.
Prosesin davamında Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı təmir idarəsinin rəisi Rəhim Laçınov ifadə verib.
Şahid deyib ki, qiymətlərin şişirdilməsindən əldə olunan pulları toplayaraq Fikrət Mirzəyevə verib:
“Müəyyən şeylər var idi ki, təyinatı bəlli deyildi. Göstəriş belə idi ki, şirkətlərin qaytardığı pulları Fikrət Mirzəyevə çatdırım. Amma nə qədər rəqəm olduğunu bilmirəm. Söhbət əsnasında eşitmişdim ki, qaytarılan pulların bir hissəsində general Nizami Məmmədova çatır”.
Prokuror Valeh Mehrəliyev şahiddən şirkətlərə köçürülən pulların nağdlaşdırılıb kimə qaytarıldığını soruşub.
Şahid deyib ki, o, ancaq Fikrət Mirzəyevə pul verib. Başqa kimlərə faiz çatdığından xəbərsiz olub.
Prokuroru maraqlandıran digər məsələ isə şirlətlərin qayrardığı pulların necə bölünməsi olub:
“Hərbi təminatların alınması qiymətlər şişirdilirdi. Qazanılan pul isə geri qaytarılırdı. Tutaq ki, 100 manat qaytarılıb, bu pul necə ödənilirdi?”
Şahid sualdan da yayınadaq, bu məsələdən Fikrət Mirzəyevin məlumatlı olduğunu deyib.
Hakim şahidin istintaqa verdiyi ifadəsinə istinad edərək sabiq baş qərargah rəisi Nəcməddin Sadıkova hər sifarişdən nə qədər pul çatdığını soruşub:
“İfadənizdə yazırsız ki, şirkətlərin qaytardığı pullardan 15 faiz Nəcməddin Sadıkova, 3 faiz Nizami Məmmədova, 3 faiz isə Fikrət Mirzəyevə çatıb. Bu barədə nə deyə bilərsiz?”.
Şahid həmin sözləri Fikrət Mirzəyevin izahatına əsasən yazdığını bildirib. Mirzəyev deyib ki, Mirzəyevin izahatı onun qarşısında olub, o nə yazıbsa həmin şeyləri öz izahatına köçürüb:
“Gördüm orda konkret rəqəmlər yazılıb, məndə öz izahatıma köçürdüm. Sadıkova 15 faiz Məmmədova 3 faiz çatmasını da Fikrət Mirzəyevin ifadəsinə əsasən yazmışam”.
Şahidə sonuncu sualı isə hakim Rafiq Abbasov verib.
Hakim şahiddən bütün bu işlərdə özünə nə qədər pul çatdığı soruşub.
“Şirkətlər mənə qonaqlıq verirdilər. (gülümsəyir)”, -deyə şahid cavab verib.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.
Fikrət Mirzəyev və digərlərinə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bölməyə aid digər xəbərlər

Tarix: 25-09-2023, 19:02 Oxunub: 14
Bölməyə aid digər xəbərlər
2-09-2023, 12:16
“Nəcməddin Sadıkovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər”
23-08-2023, 18:06
Həbs edilən polkovniklər hakim qarşısına çıxarılır
13-02-2022, 17:20
DTX Müdafiə Nazirliyində əməliyyat keçirdi - Yenilənib
8-09-2023, 15:49
Jurnalistlər 100 milyonluq məhkəmə işinə buraxılmadı
10-03-2022, 13:53
Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi saxlanıldı