16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
11:35 / 20-11-2024
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”
11:32 / 20-11-2024
Vətən müharibəsi iştirakçısı hakim oldu
08:16 / 20-11-2024
Tramp türkəsilli həkimə vəzifə verəcək
22:57 / 19-11-2024
Kanada da Rusiyaya hücumu dəstəklədi
22:52 / 19-11-2024
Lavrov Makronun əlini niyə sıxdığını açıqladı - Video
Rəsmi Bakıdan Makrona cavab
“27 oktyabr tarixində Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqı Şurasının Brüsseldə keçirilmiş iclası çərçivəsində Azərbaycana qarşı səsləndirdiyi əsassız və qərəzli iddialarını qətiyyətlə pisləyir və rədd edirik”.
GununNebzi.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onilliklər ərzində vasitəçi olarkən Azərbaycanın 20%-ə yaxın ərazisinin Ermənistan tərəfindən işğalına göz yuman və ərazilərimizdə separatizmi təşviq edən Fransanın Azərbaycan tərəfini Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid yaratmaqda ittiham etməsi gülünc və qəbuledilməzdir. Fransa heç vaxt uğurlu vasitəçilik səyləri aparmayıb və onun keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə vasitəçiliyi Minsk Qrupu ilə birlikdə başa çatıb.
“Eynilə, beynəlxalq öhdəliklərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın dəfələrlə Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, qondarma erməni rejiminin ləğvinə dair çağırışlarına baxmayaraq, Fransa tərəfi Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir iş görməyib.
Fransa Ermənistana yalan vədlər vermək əvəzinə, Ermənistana düzgün istiqamət versəydi Azərbaycana qarşı olan təhdidi güc yolu ilə həll etməyə ehtiyac olmazdı və məsələ sülh yolu ilə həll olunardı. Məhz Fransanın iştirak etdiyi vasitəçilik səylərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib.
Bu xüsusda, Fransanın mövqeyi onun keçmiş müstəmləkə bölgələrindəki mövcud vəziyyətdən dərs almaqdan imtina etdiyini nümayiş etdirir. Bunun əksinə, Fransa inadkarcasına Afrika və digər regionlardakı uğursuzluqlarını bölgəmizə əvvəlcədən uğursuzluğa məhkum olmuş müdaxiləsi ilə kompensasiya etməyə çalışır. Əgər Fransa keçmiş müstəmləkələrindəki kövrək mövcudluğundan irəli gələn məsələləri daha az ağrısız həll etmək istəsə, Azərbaycan bu istiqamətdə vasitəçilik xidmətlərini təqdim edə bilər.
Fransa bölgəmizdə sülh və sabitliyə mane olan təcavüzkar Ermənistanı dəstəkləmək və silahlandırmaq məqsədi daşıyan məkrli siyasətinə son qoymalıdır” - deyə XİN-in məlumatında qeyd olunub.
Bölməyə aid digər xəbərlər

Tarix: 28-10-2023, 18:28 Oxunub: 8
Bölməyə aid digər xəbərlər
14-10-2022, 14:41
Rəsmi Bakı Makrona cavab verdi
4-10-2023, 12:18
Azərbaycan XİN Katrin Kolonnaya cavab verib
25-09-2023, 14:06
"Fransanın Azərbaycana dərs keçməyə çalışması qəbuledilməzdir" - XİN-dən Makrona CAVAB
23-03-2023, 17:53
Rəsmi Bakıdan Paşinyana cavab
30-08-2023, 17:07
Rusiya XİN Fransanı Azərbaycanın mövqeyini nəzərə almağa çağırdı