23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Gürcüstanın Marneuli rayonunun azərbaycanlı meri vəzifəsini tərk edib

Gürcüstanın Marneuli rayonunun azərbaycanlı meri vəzifəsini tərk edibGürcüstanda deputatlığa namizəd olan Marneuli rayonunun meri Zaur Darğallı vəzifəsini tərk edib.

GununNebzi.az xəbər verir ki, buna səbəb bu gündən seçkiöncəsi 60 günlük təbliğat-təşviqat kampaniyasının başlamasıdır.

Merin səlahiyyətlərini onun müavinlərindən biri icra edəcək.

Z.Darğallı bu gündən seçicilərlə görüşlərə start verib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-nə təyin olunub. Z.Darğallı majoritar deputatlıq mandatı uğrunda Marneuli-Qardabani dairəsi üzrə mübarizə aparacaq.
“Report”


Tarix: 2-09-2020, 09:00 Oxunub: 167


Bölməyə aid digər xəbərlər