ABŞ səfiri xanımı ilə Şuşada - Fotolar

ABŞ səfiri xanımı ilə Şuşada - Fotolar
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi xanımı Danusia Libbi ilə birlikdə Şuşaya gedib.

GununNebzi.az
xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.

“Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır”, - məlumatda deyilir.

Qeyd edək ki, ABŞ səfirinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə getməməsi müzakirə olunurdu. Səfirin bu addımı ictimaiyyət tərəfindən tənqid olunurdu.


Tarix: 6-05-2024, 13:58 Oxunub: 0


Bölməyə aid digər xəbərlər