Xəbər verdiyimiz kimi, Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin adları açıqlanıb.
GununNebzi.az-ın məlumatına görə, namizədlərin siyahısında keçmiş kənd təsərrüfatı naziri, hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan Heydər Əsədovun da adı var. H.Əsədovun namizədliyi 51 saylı Şirvan seçki dairəsindən irəli sürülüb.
Namizədlərin siyahısında maraqlı daha bir ad isə bizə təhsil sektorundan yaxşı tanış olan Mehriban Vəliyevadır. 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizədliyi verilən M.Vəliyeva bir müddət əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilərək Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilmişdi.
Bölməyə aid digər xəbərlər