Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib.
GununNebzi.az xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb.
Bildirilib ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
H. Hacıyev bununla bağlı İrəvana dəvət göndərildiyini qeyd edib. O, dəvətin hələ də rəsmi diplomatik əlaqələri olmayan Bakı ilə İrəvan arasında onilliklər boyu davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan sülh prosesi fonunda verildiyini açıqlayıb:
“COP29-un prezidenti Muxtar Babayev Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib. Biz rəsmi dəvət göndərmişik. Bunu ilk dəfədir ki, xarici mediaya deyirəm”, - deyə H. Hacıyev əlavə edib.
Qeyd edək ki, COP29 İqlim sammiti noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.
Bölməyə aid digər xəbərlər