23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
XİN rəhbərləri ortaq məsələləri müzakirə etdilər - Yenilənib

XİN rəhbərləri ortaq məsələləri müzakirə etdilər - Yenilənib
Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

GununNebzi.az
xəbər verir ki, bu barədə Andrey Sibiqa “X” platformasında paylaşım edib.

XİN rəhbərləri ikitərəfli və çoxtərəfli, eləcə də ortaq məsələləri müzakirə ediblər.

“Biz suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətimizi bir daha təsdiqlədik. Ümid edirəm ki, əməkdaşlığımız xalqlarımız arasındakı dostluq əlaqələrini əks etdirəcək”, - Andrey Sibiqa əlavə edib.

***

Azərbaycan Xarici İşlər Nazirliyi də nazirlərin telefon danışığı barədə məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlıq gündəliyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib:

“C.Bayramov həmkarını Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə ürəkdən təbrik edib, ona fəaliyyətində uğurlar arzu edib.

İki ölkə arasında qarşılıqlı hörmət və dəstək, habelə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu bildirilib.

Andrey Sibiqa təbriklərə görə təşəkkür edib, Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlığın bundan sonra da gücləndirilməsinə dair ümidvarlığını ifadə edib.

Ukrayna ətrafında yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlı Azərbaycan tərəfindən göstərilən humanitar yardımlar, xüsusilə İrpen şəhərində infrastrukturun bərpa və yenidənqurmasına, habelə minatəmizləmə fəaliyyətinə göstərilən dəstək minnətdarlıqla xatırlanıb.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.


Tarix: 10-09-2024, 16:33 Oxunub: 2


Bölməyə aid digər xəbərlər