23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Bakının işğaldan azad edilməsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir"

"Bakının işğaldan azad edilməsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir"Bakının 1918-ci ildə daşnak-bolşevik işğalından azad olunması və bu münasibətlə iki il əvvəl Azərbaycanın paytaxtında keçirilən əzəmətli hərbi parad bütün dünyaya göstərdi ki, Azərbaycan və Türkiyə dostluğu və birliyi əbədi məşəlin işığında şölə saçır. Bu məşəl dostluq, qardaşlıq, bərabərlik, inkişaf yollarını aydınlaşdıran sönməz nurdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Qafqaz İslam Ordusunun tarixi missiyasının hər bir soydaşımızın qəlbində əbədi yer qazandığını diqqətə çatdıran səfir deyib: “Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipi nəsillərə örnək olan birlik anlayışıdır. Azərbaycan-Türkiyə qardaşlığı bütün göstəriciləri ilə bu ifadələri özündə yaşadır. Ötən illərdə bir çox tarixi hadisələrin şahidi olduq. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə 2018-ci ildə Bakıdakı Azadlıq meydanında şəhərin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad gələcəyimizə nurlu bir işıq salan hadisə kimi yaddaşlara yazıldı. Paradda yaşananlar bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz olmaqla bərabər nəsillərə əmanətdir. Bu birlik xalqlarımızın mənəvi sifarişidir”.

Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşları ilə birlikdə Bakını işğaldan azad etməsini Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirən səfir Hulusi Kılıç əminliklə bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı, bütün sahələr üzrə geniş əməkdaşlıq, hamı üçün faydalı olan layihələr, birgə inkişaf dinamikası bundan sonra da davam etdiriləcək.


Tarix: 15-09-2020, 16:17 Oxunub: 195


Bölməyə aid digər xəbərlər