23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qüdrət Həsənquliyev: “ABŞ Konqresinə və KTMT-yə müraciət etməliyik”

Qüdrət Həsənquliyev: “ABŞ Konqresinə və KTMT-yə müraciət etməliyik”Biz ABŞ Konqresinə müraciət etməliyik. Eləcədə hər bir konqresmenə müraciət edərək baş verənləri onların diqqətinə çatdırmalıyıq. Bu mənim birinci təklifimdir.

GununNebzi.az məlumatına görə, bu fikri Milli Məclisdə BAXCP sədri, deputat Qüdrət Həsənquliyev səsləndirib. O, iki təklif irəli sürmək niyyətində olduğunu, bunları vacib saydığını xüsusilə nəzərə çatdırıb. Deputat Azərbaycan ordusunun beynəlxalq hüquqa uyğun olaraq öz ərazisində anti-terror əməliyyatı apardığını bildirib: “Ancaq biz yenidən 1992-ci ildəki vəziyyətlə qarşılaşırıq. ABŞ Konqresində qətnamə qəbul etmək təşəbbüsü var. 1992-ci ildə müharibə gedən zamanda ABŞ Konqresi 907-ci düzəlişi qəbul etmişdi. Bunun ardınca ermənilər daha bir neçə ərazilərimizi işğal etdi. Hesab edirəm ki, Milli Məclis xətti ilə Konqreslə işləmək lazımdır. Eyni zamanda Konqresin bütün üzvlərinə bizim hər birimiz məktublar yazmalıyıq”.

Qüdrət Həsənquliyevin ikinci təklifi Ermənistan Respublikasının ərazisindən Azərbaycan ərazilərinə, xüsusilə mülki obyektlərə endirilən zərbələr haqqında olub: “Hesab edirəm ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında təmsil olunan dövlətlərə, onların ali qanunverici orqanlarına müraciət etməliyik. Deməliyik ki, Ermənistan ərazisindən Azərbaycan ərazilərinə zərbələr endirilir və biz hələlik buna cavab verməsək də, onlar bizim legitim hədəfimiz ola bilər”.


Tarix: 6-10-2020, 12:54 Oxunub: 118


Bölməyə aid digər xəbərlər