23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Mövlud Çavuşoğlunun Azərbaycana gəlməsinin əsas məqsədi açıqlandı

Mövlud Çavuşoğlunun Azərbaycana gəlməsinin əsas məqsədi açıqlandı“Azərbaycanın öz torpaqlarda Ermənistanın silahlı qüvvələrinin təcavüzünə qarşı apardığı mübarizə dönəmində Türkiyə dövlətinin və xalqının qardaş Azərbaycan xalqına dəstəyini göstərmək üçün bu gün Azərbaycana gəlmişəm”.

GununNebzi.az-ın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Türkiyə həmişə Azərbaycanın yanında olacaq:

“Biz bu gün də, sabah da Azərbaycanın yanında olacağıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və türk xalqının sizlərə salamı var. Bütün dünyaya demək istəyirik ki, Dağlıq Qarabağ Azərbaycanındır.

Azərbaycanın işğal olunmuş torpaqları bütün qərarlara rəğmən, bu günə kimi qaytarılmayıb. Heç bir beynəlxalq qərarlar icra olunmadı. Bir milyondan artıq məcburi köçkün öz evlərinə köçmək üçün gözləyir”.

O qeyd edib ki, Ermənistan hər zaman Azərbaycan torpaqlarına təcavüz edib:

“Onlar mülki şəxslərə və orduya hücum etdilər. Ermənistan silahlı qüvvələri Gəncəyə, Mingəçevirə, Xızıya, Abşerona hücum edir. Bu, insanlıq günahıdır”.


Tarix: 6-10-2020, 16:27 Oxunub: 120


Bölməyə aid digər xəbərlər