23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sahibə Qafarova Şimali Kipr parlamentinin sədri ilə telefonla danışdı

Sahibə Qafarova Şimali Kipr parlamentinin sədri ilə telefonla danışdıOktyabrın 5-də Milli Məclisin Sədri Sahibə Qafarova ilə Şimali Kipr Türk Cümhuriyyətinin Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay arasında telefon danışığı olub. Telefon danışığı zamanı Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar müzakirə olunub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Şimali Kipr Türk Cümhuriyyətinin Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay bildirib ki, Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks-hücum əməliyyatlarında ölkəmizi dəstəkləyir və tezliklə Azərbaycan torpaqlarının işğalçılardan təmizlənəcəyinə inanır. Şimali Kipr Türk Cümhuriyyəti bu haqq işində daim Azərbaycanın yanındadır.


Telefon zənginə görə təşəkkürünü bildirən Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, 27 sentyabr tarixində səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutub. Ötən günlərdə isə işğalçı ölkənin silahlı qüvvələri Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə, sənaye şəhəri Mingəçevirə və münaqişə zonasına aidiyyatı olmayan digər şəhərlərə raket hücumları həyata keçirib. Nəticədə mülki əhali arasında həlak olanlar, yaralananlar və çoxlu sayda dağıntılar var. Ermənistan silahlı qüvvələrinin mülki insanları və obyektləri atəşə tutması beynəlxalq cinayətdir və bunun məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Milli Məclisin Sədri Azərbaycana verdiyi dəstəyə görə bir daha Şimali Kipr Türk Cümhuriyyətinə təşəkkürünü bildirib. Telefon söhbəti zamanı tezliklə Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyinə və münaqişənin həll olunacağına əminlik ifadə olunub.


Tarix: 6-10-2020, 17:53 Oxunub: 194


Bölməyə aid digər xəbərlər