23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sahibə Qafarova Almaniyanın ölkəmizdəki səfiri ilə Qarabağdakı hadisələri müzakirə edib

Sahibə Qafarova Almaniyanın ölkəmizdəki səfiri ilə Qarabağdakı hadisələri müzakirə edibAzərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova oktyabrın 7-də Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.

Səfiri salamlayan Spiker Sahibə Qafarova Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Sədr deyib ki, Almaniya Azərbaycanın vacib iqtisadi tərəfdaşlarından biridir. Humanitar, mədəniyyət, təhsil sahəsində münasibətlərin də inkişaf etdiyini söyləyən Sahibə Qafarova 200 il bundan əvvəl Azərbaycanda məskunlaşmış almanların mədəni irsinə dövlətimiz tərəfindən qayğı göstərildiyini bildirib.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin də inkişaf etdiyi vurğulanıb.

Səfir Volfqanq Maniq Azərbaycanın Almaniya üçün mühüm iqtisadi tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin həm Azərbaycan hökuməti, həm də parlamenti ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. O deyib ki, Almaniya mövcud olan möhkəm baza üzərində münasibətlərin daha da inkişafında maraqlıdır.

Spiker səfirlə görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib. O, Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu bildirib və əlavə edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bununla bağlı, bütün nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul olunub.

Sahibə Qafarova münaqişənin uzun illərdir həll olunmamasının səbəbinin Ermənistanın işğalçılıq siyasəti və bu ölkənin törətdiyi təxribatlar olduğunu vurğulayıb. O xatırladıb ki, iyul ayında Ermənistan silahlı qüvvələri Tovuz rayonunda kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmənin təxribatının qarşısı alınıb. Lakin Ermənistan təxribatlarını davam etdirib. Milli Məclis Sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev hətta BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistanın yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu bildirdi.

Sahibə Qafarova sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələrinin növbəti dəfə hərbi təxribatlara əl ataraq müxtəlif istiqamətlərdən bizim kəndlərimizə və hərbi mövqelərimizə hücum etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Ordusu əks hücum əməliyyatı həyata keçirərək düşmənin bu təxribatının qarşısını alıb, işğal altında olan bəzi ərazilərimizi azad edib. O, xüsusilə, qeyd edib ki, beynəlxalq hüquqi prinsiplərə əməl etməyən Ermənistan mülki vətəndaşları hədəfə alır. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, digər böyük şəhəri olan Mingəçevir Ermənistan tərəfindən raketlərdən atəşə tutulub. Bu isə beynəlxalq hüquqa ziddir və Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti təcavüz aktıdır.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Ordusu öz torpaqlarında döyüşür və Azərbaycanın heç kəsin torpağında gözü yoxdur. Azərbaycan xalqı torpaqlarımızın işğaldan tam azad olunmasını istəyir.


Tarix: 7-10-2020, 21:27 Oxunub: 173


Bölməyə aid digər xəbərlər