Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistana humanitar yardım adı altında raket sistemlərinin daşındığını açıqlayıb.
Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.
“Humanitar yardım adı altında eyni zamanda sanksiya altında olan “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır. Bütün bunlar Çikaqo konvensiyasının və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarının kobud şəkildə pozulmasıdır”, - deyə H.Hacıyev bildirib.
Under the humanitarian aid corrupt air carrier Atlantis Armenian Airlines which is also under sanctions transports missiles and rocket systems to Armenia in civilian aircrafts. Blatant violations of Chicago Convention and rules of @icao International Civil Aviation Organisation.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 10, 2020
Bölməyə aid digər xəbərlər