23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Azərbaycan bütün bunlara layiqli cavab verəcək!” - Prezident

“Azərbaycan bütün bunlara layiqli cavab verəcək!” - Prezident"Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır".

GununNebzi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Tvitter hesabında yazıb.

Dövlət başçısı həmçinin qeyd edib ki, həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib: “Nəticədə Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çoxu isə yaralanıb. Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir".

Dövlət başçısı bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır: “Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”


Tarix: 11-10-2020, 16:43 Oxunub: 148


Bölməyə aid digər xəbərlər