23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Mehriban Əliyeva Ermənistanın Gəncə terrorundan yazdı: Nə dərəcədə yırtıcı olmalısan ki...

Mehriban Əliyeva Ermənistanın Gəncə terrorundan yazdı: Nə dərəcədə yırtıcı olmalısan ki...


Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində faşist Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edilib.

GununNebzi.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən?

Bu gecə Gəncəyə xaincəsinə edilən hücum təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında total acizliyinin təzahürüdür.

Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir!

Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezliklə sağalmasını arzulayıram.

Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

Tarix: 17-10-2020, 18:26 Oxunub: 232


Bölməyə aid digər xəbərlər