23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdirilir

Ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdirilir“Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara yeni anlayışın daxil edilməsi təklif olunur.

APA-nın məlumatına görə, Milli Məclisin plenar iclasında 1-ci oxunuşda müzakirəyə çıxarılan qanun layihələrinə yeni-kvalifikasiya anlayışının daxil edilməsi təklif olunur.

“Təhsil haqqında” Qanunun müvafiq maddələrində “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eləcə də, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur.

Bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndiriləcək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.

Müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsi “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır.

“Peşə təhsili haqqında” qanunda kvalifikasiya anlayışı belə verilir: “kvalifikasiya – şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təsdiq edilməsidir”.

Qanun layihələri səsverməyə çıxarılaraq, birinci oxunuşda qəbul edilib.


Tarix: 20-10-2020, 14:13 Oxunub: 189


Bölməyə aid digər xəbərlər