23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sahibə Qafarova TV24 telekanalına müsahibə verib

Sahibə Qafarova TV24 telekanalına müsahibə veribMilli Məclisin sədri Sahibə Qafarova Türkiyənin TV24 televiziya kanalına müsahibə verib.

GununNebzi.az-ın xəbərinə görə, Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

Müsahibədə Milli Məclisin sədri Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar masasında olmasının vacibliyindən danışıb.

Bildirib ki, Türkiyə bu gün dünyada sözünü birbaşa söyləyə bilən və söz sahibi olan ölkələrdəndir. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini yüksək səslə dilə gətirir.

Sədr qeyd edib ki, ATƏT-in Minsk Qrupu vasitəçilik missiyasını yerinə yetirə bilməyib. Təxminən 30 ilə yaxın bir müddət ərzində Azərbaycana çox ümidlər verilsə də Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib və Ermənistanın işğalçı ordusunu torpaqlarımızdan çəkməyiblər. İndi isə Azərbaycan ordusu özü işğalçını öz torpaqlarımızdan çıxarır.

“Biz Türkiyəyə güvənirik. Bundan sonra formatın adı nə olursa, olsun - Minsk qrupu da ola bilər, başqa ad da, heç fərq etməz - amma cənab Prezident İlham Əliyevin də dediyi kimi Türkiyə mütləq masada olmalıdır”, - deyə spiker bildirib.


Tarix: 23-10-2020, 19:20 Oxunub: 149


Bölməyə aid digər xəbərlər