PKK terrorçuları Azərbaycan Ordusuna qarşı ön cəbhədə vuruşur.
GununNebzi.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “A Haber” telekanalına müsahibəsində deyib.
PA rəsmisi bildirib ki, Ermənistan avqust ayının sonunda PKK terrorçuları ilə təmasda olub:
“Hazırda Ermənistan PKK taktikasından istifadə edir. PKK-çı terrorçular Ermənistan ordusuna qatılıb Azərbaycana qarşı vuruşur. Əsasən terrorçuları ön cəbhəyə göndərirlər. Bundan başqa, Ermənistana uçan sərnişin təyyarələrinin içində silah-sursatlar daşınır”.
H.Hacıyev Azərbaycanın hər zaman danışıqlara açıq olduğunu bildirib:
“ABŞ-da keçirilən danışıqlar münaqişənin həlli istiqamətində böyük əhəmiyyətə malikdir. Problem kökündən həll edilməlidir”.
Bölməyə aid digər xəbərlər