Prezident İlham Əliyev Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcı təyyarələrinin Azərbaycana təlimlər üçün gətirildiyini, sonradan isə mənəvi dəstək üçün burada qaldığını bildirib.
GununNebzi.az xəbər verir ki, bu sözlər, Azərbaycan xalqına müraciətində xarici jurnalistlərin bu haqda verdikləri suala aydınlıq gətirib:
“Demək olar ki, hər gün mən müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Peykiniz var, gedin açın. Görmürsünüz, F-16-lar nə edirlər? Gedib baxın, görün ki, havadadır, ya yerdədirlər. Hər kəs bilir ki, onlar yerdədir və özü də buraya təlimlər üçün gəlib. Onlar müharibə başlayanda Azərbaycanda qalıb. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıb. Bir də ki, əgər Azərbaycana qarşı kənardan aqressiya olarsa, onlar həmin F-16-ları görəcəklər.
Cəmi 5-6 təyyarə aeroportda qalıb. Bunu hər dəfə sual verirlər. Halbuki sual verilməlidir ki, nə üçün Ermənistana silah verirsən? Silah satan ölkələrin vətəndaşları bilirlərmi ki, onların nə qədər pulu batıb? Həmin pullarla alınan nə qədər silahı məhv etmişik. Bir dənə də bu haqda sual verilmir”.
Bölməyə aid digər xəbərlər