23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Hikmət Hacıyev: "İran-Azərbaycan sərhədi tamamilə nəzarətimizdədir"

Hikmət Hacıyev: "İran-Azərbaycan sərhədi tamamilə nəzarətimizdədir"“Dövlət Sərhəd Xidməti döyüşlərdə iştirak etmir, lakin proses çərçivəsində Sərhəd Xidmətinin hərbçiləri Azərbaycanın sərhəd boyu ərazilərinə yerləşdirilib. Məsələn, İranla sərhəddə. Xüsusilə qeyd etməliyəm ki, 30 illik işğaldan sonra İran-Azərbaycan sərhədi artıq tamamilə Azərbaycanın nəzarətindədir”.

GununNebzi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"İranın müvafiq qurumları ilə yaxın təmasdayıq və əməkdaşlıq edirik. Biz bu hissədə İranla normal sərhəd xidməti və nəzarəti yaradacağıq", - deyə H. Hacıyev qeyd edib.


Tarix: 27-10-2020, 21:46 Oxunub: 182


Bölməyə aid digər xəbərlər