23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Qarabağ Azərbaycandır!" yazmağa qorxanlar... - Əli Məsimli

"Qarabağ Azərbaycandır!" yazmağa qorxanlar... - Əli Məsimli“Azərbaycan Ordusu bizi sevindirməkdə davam edir. Bütün dövlət qurumlarının birmənalı olaraq bir aylıq maaşlarını Orduya verməsi nümunədir. Orduya 100 milyon manatdan çox vəsait toplanıb. Bu da Azərbaycan cəmiyyətinin qələbəyə olan münasibətinin göstəricisidir".

GununNebzi.az xəbər verir ki, bunu parlamentin iclasında çıxış edən deputat Əli Məsimli bildirib.

Deputat təəssüfləndiyi məqamları da qeyd edib: "Bəzi şirkətlər "Qarabağ Azərbaycandır!" fikrini yazmaqdan qorxurlar. Əmin olsunlar, Qarabağ tam azad olunacaq. Həmin "Qarabağ Azərbaycandır!" yazmağa qorxan şirkətlər Azərbaycan xalqının üzünə necə baxacaqlar?!"

Millət vəkili həmçinin qeyd edib ki, şəhid ailələri və döyüşlərdə olan hərbçilərin ailələrinin kredit borclarının silinməsi istiqamətində işlər görülməlidir".


Tarix: 6-11-2020, 12:42 Oxunub: 186


Bölməyə aid digər xəbərlər