Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycan və Ermənistan dövlət rəhbərlərini dəstəkləməyə çağırıb.
“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Vladimir Putin, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının iclası zamanı deyib.
“Həqiqətən də, sıx düyünlə bağlı olan bu cür mürəkkəb münaqişələri sülh yolu ilə həll etmək üçün güzəştlər tapmaq lazımdır. Bunun üçün isə ilk növbədə qərar verənlərdən cəsarət göstərmək tələb olunur. Bu baxımdan, əlbəttə, hamımız Ermənistanın Baş naziri cənab Paşinyan və Azərbaycan Respublikasının Prezidenti cənab Əliyevi bölgədəki vəziyyətin sülh yolu ilə inkişafı üçün şərait yaratmaq və Ermənistanla Azərbaycan xalqları arasında münasibətlərin uzunmüddətli qurulması mənafeyi naminə qərar vermək əzmini də dəstəkləməliyik”, - deyə V.Putin fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər